Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Aqşin Cəfərovun cinayət içi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Cəfərova 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, “Avrora” şirkətində sürücü ekspeditor işləyən A. Cəfərov Cinayət Məcəlləsinin 179. 1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham edilir. İttihama görə, o, 30 min manat dəyərində əmlakı mənimsəyib. (apa)