Suriyada Türkiyə tankı vurulub.
Türkiyə Silahlı Qüvvələrinin məlumatına görə, tankın vurulması nəticəsində 3 türk hərbçi həlak olub, 1-i yaralanıb.
Türkiyə Suriyanın şimalında «Fərat Qalxanı» adlı əməliyyata avqustun 24-də başlayıb. İndiyə qədər Türkiyə Silahlı Qüvvələri 7 hərbçisini itirib.
Türkiyə «Fərat Qalxanı» əməliyyatını «Azad Suriya Ordusu» ilə birlikdə «İslam Dövləti» (İŞİD) qruplaşmasına qarşı keçirir.