Şamaxıda göldə boğularaq dünyasını dəyişən 3 nəfər yeniyetmə oğlanın şəxsiyyəti müəyyən edilib.
Ölən şəxslərin adının Bəkirov Məhəbbət Məhəmməd oğlu, Axundov Qadir Rasim oğlu və Səfərov Rövşən Siyavuş oğlu olduğu məlum olub.
Onların Şamaxı rayonu, Şəhriyar qəsəbə sakinləri olduğu bildirilir. Hadisənin ilkin təfərrüatları məlum olub. Şahidlərin sözlərinə görə, balıq tutarkən yeniyetmələrdən birinin ayağı sürüşərək suya yıxılıb. Yoldaşları onu xilas etməyə cəhd edib və üzməyi bacarmadıqları səbəbindən suda boğularaq ölüblər.
***
Şamaxı rayonunda 3 yeniyetmə oğlan göldə çimərkən boğulub.
Hadisə bu gün saat 18:00 radələrində Şamaxı şəhərinin yaxınlığındakı Şirvangöldə qeydə alınıb.
Hadisənin necə baş verdiyi məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Faktla bağlı Şamaxı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (APA)