“Səhərdən özümü öldürürəm ki, bu ayağım salamat idi axı…(amputasiya edilmiş ayağın qucaqlayır) Bunu niyə kəsiblər? Bu ayağım sallanır axı, (qanqrena verən ayağını göstərir), bu ayağım məni öldürür axı…”
Diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.
Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.
Səhiyyə Nazirliyindən Meydan TV-yə bildirilib ki, hadisəni araşdırmaq üçün komissiya yaradılıb. Komissiyanın tərkibində həm həkim heyyəti, həm də hüquq-mühafizə orqanlarının nümayəndələri var.