Ukrayna hökuməti milli polisin rəhbərliyinə Xatiya Dekanoidzenin namizədliyini dəstəkləyib. Bu barədə “112 Ukraina” telekanalı məlumat yayıb.
Bundan qabaq Ukrayna prezidenti Pyotr Poroşenko yeni hüquq-mühafizə orqanına əcnəbi şəxsin başcılıq edə biləcəyini istisna etmədiyini bildirmişdi.
Dekanoidze bundan əvvəl Ukrayna daxili işlər naziri müavinin müşaviri işləyib. Gürcüstanda isə təhsil naziri vəzifəsində çalışıb.