Livanda yayımlanan “Əl Əkbər” qəzeti, Rusiyanın narahatçılığna səbəb olacaq məlumat yayıb. Qəzetin yazdığına görə, Türkiyə və Səudiyyə Ərəbistanı Rusiya təyyarə və helikopterlərini sıradan çıxarmaq üçün Suriya müxalifətinə Ukrayna ordusuna aid SAM-8 və SAM-9 raketləri verəcək. Məqalədə rəsmi Kremlin bu plandan xəbərdar olduğu da qeyd olunur.
Qəzet, məlumatın hazırda Rusiya ilə münaqişə yaşayan Ukrayna tərəfindən təsdiqləndiyini də yazır.
azadliq.info