Uzun müddət Rusiya və İran Suriyada Bəşər Əsəd hakimiyyətinin müdafiəçisi kimi çıxış edib. Əsədin hakimiyyətdə qalmasında bu iki ölkənin müstəsna xidmətinin olduğu danılmazdır.
Lakin son günlərdə İran mətbuatında Rusiyanın Suriyada əməliyyatını tənqid edən yazılar dərc edilməkdədir. Hakimiyyətin nəzarətindən olan İran nəşrlərinin bu tip məqalələri iki ölkə arasında Suriya məsələsində fikir ayrılığının yaranmasında xəbər verir
Belə ki, “Iras” nəşrinin yazdığına görə, Rusiya üçün Suriyada hərbi əməliyyatın əsas məqsədi Yaxın Şərqdə “öz vassal hakimiyyəti hesabına” mövqeyini qoruyub saxlamaq, həmçinin bu ərazini regiondakı hadisələrə təsir etmək üçün meydan kimi istifadə etməkdir.
Bununla yanaşı Suriya probleminin dolaşıqlığı və orda Moskvanın nəzarətindən kənarda olan bir çox daxili faktorların olması çətin ki, bu planların reallaşmasına imkan versin.
Nəşrin yazdığına görə, Rusiyanın Suriya ərazisində son hərbi əməliyyatı onun bütün Yaxın Şərq siyasəti kimi uzunmüddətli strategiyadan məhrumdur.
Mövcud vəziyyət və çətinliklər nəzərə alındıqda Rusiyanın hərbi əməliyyatı sonrakı hadisələrdən asılı olaraq uduşlu və uduşsuz ola biləcək mənasız “güc nümayişi” kimi qiymətləndirilməlidir.
Yaxın Şərq siyasətinə müdaxilə edən Rusiya anlaya bilər ki, hərbi avantüraya başlasa da, onu başa çatdırmaya bilər. Əgər situasiyаnı nəzarətində saxlaya bilməsə, bu ölkə hərbi qarşıdurmaya daha çox qoşulmalı olacaq və böyük vəsait itkisilə üzləşəcək.
Fizzə