Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmaqdan imtina etdiyinə görə Qərb ölkələri tərəfindən təzyiqə məruz qalır. Bunu Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov bəyan edib. Bu barədə RİA Novosti məlumat yayıb.
“Bizə təzyiqin əsas mahiyyəti Azərbaycanın Rusiyaya qarşı sanksiyalara qoşulmamasından ibarət idi”, – o, jurnalistlərlə görüşdə bildirib.
“Biz öz siyasətimizi, öz münasibətlərimizi yürütmək istəyirik. Bizim prezident müstəqil siyasət yürütmək istəyir, bu, çoxlarının xoşuna gəlmir. Bizə olan hücumların mahiyyəti bundan asılıdır”, – spiker əlavə edib.