Moskvada “Akademiya” nəşriyyatında Çingiz Hüseynovun “Fətəli fəthi” adlı romanı işıq üzü görüb.
Hadisələr XIX əsrdə, Qafqaz, Rusiya, Qərbi Avropa, Osmanlı və Fars imperiyasında baş verir. Türk mənşəli Loyal rus zabiti və dahi Azərbaycan yazıçısı Mirzə Fətəli Axundov Qafqazda üç imperiyanın qarşıdurmasını müşahidə edir və siyasi həyatda iştirak etməklə onun müstəmləkəyə çevrilməsinin şahidi olur.
Kitab arxiv mənbələri əsasında yazılıb. Çatışmayan məlumatlar fantaziyadan daha çox yeni – XX-XXI əsr hadisələrinin bilinməsi əsasında bərpa olunur. Roman Qafqazda baş verənləri və günümüzdə baş verənləri daha yaxşı anlamaq istəyənlər üçün nəzərdə tutulub (“Turan”).