Milli Şuranın sədri, professor Cəmil Həsənli oktyabrın 15-də Niderland Krallığının Azərbaycandakı səfiri Robbert J.Gabrielse ile görüşüb.
Görüş zamanı Azərbaycanda keçirilən parlament seçkiləri, siyasi məhbuslar və insan haqlarının vəziyyəti, habelə digər məsələlərlə bağlı fikir mübadiləsi edilib. Cəmil Həsənli rəhbərlik etdiyi qurumun qarşıdakı parlament seçkilərinə münasibəti , ümumilikdə seçkilərin gedişi haqqında fikir və mülahizələrini Niderland səfiri ilə müzakirə edib. Milli Şura sədri siyasi məhbusların məhkəmə proseslərini diqqət mərkəzində saxladığı və həmin prosesləri yaxından müşahidə etdiyi üçün Niderland səfirliyinə öz təşəkkürünü bildirib.