Ağ Ev Milli Təhlükəsizlik Şurası Ankarada bu gün təşkil edilən terror hücumunu ən sərt şəkildə qınadıqlarını bəyan edib.
“Hücumun, barış üçün planlaşdırılan mitinqdən öncə təşkil olunması, hücumun arxasındakıların nə qədər əxlaqsız olduğunu göstərir. Bu hücum, bölgədə ortaq təhlükəsizlik məsələlərinə müdaxilə edilməsinin nə qədər zəruri olduğunu göstərir. Bu alçaq hücumlar, terrorla mübarizə səylərimizi nəinki əngəlləyəcək, əksinə, qərarlılığımızı daha artıracaq”.
azadlıq.info