“Terrora ən böyük dəstəyi terror təşkilatları qarşısında ikili standartlarla hərəkət edənlər verir”
Ankarada çoxsaylı insanın ölümü ilə nəticələnən terror aktına Türkiyə prezidenti Ərdoğan da münasibət bildirib. O, əvvəlki terror aktları ilə bu gün baş verənlər arasında heç bir fərq görmədiyini bildirib:
“Bu mənfur hücumu şiddətlə qınayıram. Qaynağı, ifadəsi, məqsədi, adı nə olursa olsun, hər cür terror aktının və terror təşkilatının qarşısındayıq. Terrora ən böyük dəstəyi, terror aktları və terror təşkilatları qarşısında ikili standartlarla hərəkət edənlər verir. Daha öncə müxtəlif məkanlarda əsgərimizə, polisimizə və günahsız vətəndaşlarımıza qarşı edilən terrorla, bu gün Ankarada vətəndaşlarımızı hədəf alan terror hücumu arasında heç bir fərq yoxdur. Millət olaraq, xüsusilə də siyasi partiyalar, qeyri-hökumət təşkilatları və media olaraq, bu hücumların qarşı eyni həssaslıqla, eyni səmimiyyətlə, eyni insani və əxlaqi duruşla münasibətimizi ortaya qoymalıyıq”.
azadlıq.info