İngiltərənin müdafiə naziri Mixail Fallon, ölkəsinin Baltik ölkələrinə Rusiya təhdidinə qarşı əsgər göndərəcəyini açıqlayıb.
NATO müdafiə nazirlərinin toplantısına qatılmaq üçün Brüsseldə olan Fallon, Baltik ölkələri və Polşa kimi müttəfiqləri dəstəkləmək üçün belə bir qərar qəbul etdiklərini bildirib:
“Rusiya hazırda çox ciddi olan vəziyyəti daha da təhlükəli hala gətirib. Bugünkü yığıncaqda böhrandan çıxış yollarını, xüsusilə də hava təhlükəsizliyini təmin etməyi düşünürük”,-deyə Fallon bildirib.
Fallon eyni zamanda, Rusiyadan Əsəd rejimini dəstəkləməyə son verməsini tələb edib. O, Suriyanın qonşularına, xüsusilə də Türkiyəyə daha çox dəstək verəcəklərini də bəyan edib.
NATO müdafiə nazirlərinin bu gün Brüsseldə keçirilən toplantısında ciddi qərarlar qəbul ediləcəyi gözlənilir.
azadliq.info