Oktyabrın 8-də Bakı Apellyasiya məhkəməsində AXCP sədrinin müşaviri Məmməd İbrahim barəsində Nərimanov Məhkəməsinin qərarından verilmiş şikayətə baxılacaq. Bu barədə vəkil Yalçın İmanov məlumat verib. Həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı şikayətə hakim Rizvan Səfərovun rəhbərlik etdiyi məhkəmə heyəti baxacaq. Rizvan Səfərov Bakı Apellyasiya Məhkəməsində həm də cinayət kollegiyasının sədridir.