Bu qərar ölkədə hüququn rəsmən dəfn edilməsidir

mammad-ibrahim2Cəngəllik qanunları ilə idarə olunan ölkəmizə xoş gəldiniz. Müşavirim Məmməd İbrahimə qarşı üzəduranların xidmətindən istifadə edərək, bir təhər Cinayət Məcəlləsinin 221.1. (xuliqanlıq) maddəsi ilə cinayət işi düzüb -qoşublar. Bu maddənin sanksiyasında ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılmaq nəzərdə tutulur. Gördüyünüz kimi, sanksiyada nəzərdə tutulan cəzaların ikisi azadlıqdan məhrumetmə ilə bağlı deyil. Cinayət işinin özünün saxta olması bir tərəfə, bu maddə ilə ittiham olunan şəxsə qarşı 2 aylıq həbs qətimkan tədbiri seçmək hüquqi absurdur, ölkədə hüququn rəsmən dəfn edilməsidir.

Gen və dərin qazın. Əlbəttə, bir gün qazdığınız hüquqsuzluq quyusuna özünüz də düşərsiniz!