“Putin Əsədi gücləndirir və əzabları çoxaldır”
Britaniya müdafiə nazirliyinin rəhbəri Maykl Fəllon bildirib ki, Rusiya təyyarəçilərinin Suriyada endirdiyi gündəlik aviazərbələrin orta hesabla 20-si İŞİD-in mövqelərinə dəyir.
Strateq.az xarici nəşrə istinadən xəbər verir ki, nazir “Sun” qəzetinə açıqlayıb ki, ingilis kəşfiyyatının məlumatına görə, rusların hava zərbələrinin, təxminən, 5%-i İŞİD-ə qarşı yönəlib. Bombardmanın qurbanları daha çox dinc sakinlər və Əsədə qarşı vuruşan “Azad Suriya Ordusu”nun döyüşçüləri olur.
Nazirin sözlərinə görə, Putin Əsədi gücləndirir və əzabları çoxaldır.
Qeyd edək ki, rus rəsmiləri bu iddiaları qəbul etmirlər.