2 ay əvvəl sərhəddə 5 misirli polisi öldürdüklərinə görə İsrail Misirdən üzr istəyib. Ölkənin müdafiə naziri Ehud Barakın adından yayılan açıqlamada qeyd olunub ki, aparılan araşdırma zamanı gələcəkdə oxşar olayların qarşısının alınması və sərhəd təhlükəsizliyinin gücləndirilməsi üçün dərslər çıxarılıb.
Xatıraldaq ki, İsrail hərbi vertolyotu avqust ayında 8 israillini öldürən silahlıları atəşə tutan zaman yanlışlığa yol verərək sərhəddəki 5 Misir əsgərini də güllələyib. Olay iki ölkə arasında diplomatik münasibətləri gərginləşdirib, İsrailin Misirdəki səfirliyinə hücuma səbəb olub. Misir hadisəyə görə İsrailin üzr istəməsini tələb edirdi.