Sentyabrın 23-də Moskvada restavrasiyadan sonra Mərkəzi Məscidin açılışıdır. Yenidənqurmadan sonra bu məscid Avropada ən böytük məscid olur. Onun sahəsi 20 dəfə böyüdülüb və 19 min kv metr olub. Burda 10 min adam eyni vaxtda ibadət edə bilər. Minarələrin hündürlüyü 78 metrdir. Onlar qızılla örtülüb.
Açılış mərasiminə Rusiya prezidenti V. Putin, Türkiyə prezidenti R.T. Erdogan, Fələstin lideri M.Abbas, Qazaxıstan prezidenti N.Nazarbayev gəlib.
Məscidin restavrasiyası 170 milyon dollara başa gəlib. Bunun əsas hissəsi ianələrdir. Əsas ianəni iş adamı Süleyman Kərimov verib. İanələrin böyük hissıəsi Türkiyədən də gəlib və Türkiyə ustalar göndərib. Fələstin lideri Mahmud Abbas Fələstin uşaqları adından 25 min dollar ianə verib.