Türkiyədəki seçim hökumətinin ən qalmaqallı ismi olan Tuğrul Türkeşlə bağlı son iddia da təsdiqini tapdı. MHP-nin qərarına qarşı çıxaraq müvəqqəti hökumətdə baş nazir müavini vəzifəsini tutan Türkeşin qarşıdakı seçkidə AKP-nin Ankaradan namizədi olacağı bəlli oldu.
Türkiyə mətbuatı hələ bir gün əvvəl Türkeşin AKP-nin baş qərargahına gedib baş nazir Əhməd Davudoğlu ilə bir saatdan artıq söhbət aparmasından yazmış və bu söhbətin AKP-nin namizəd siyahısı ilə bağlı olduğunu iddia etmişdi. Lakin qərargahdan çıxandan sonra curnalistlərə açıqlama verən Türkeş Davudoğlu ilə seçkini yox, dövlətə aid önəmli bir məsələni müzakirə etdiyini bildirmişdi. AKP-dən namizəd olub-olmayacağı sualı isə cavablandırmaq istəmədiyini açıq şəkildə bəyan etmişdi.
Gültəkin