Suriyada rus hərbiçilərinin olduğunu təsdiqləyən şəkillər yayıldı
Bir neçə gün əvvəl Israil mətbuatında Rusiyanın Suriyada IŞID əleyhinə mübarizədə hərbi iştirakı ilə bağlı xəbər yayılmışdı. Xəbərdə Rusiyanın Suriyadakı Latakiya liman şəhərində hərbi baza qurmağı və ora 1000 rus əsgəri yerləşdirməyi planlaşdırdığı da qeyd olunurdu.
Bu məlumat ictiamailəşən kimi ABŞ bir neçə dəfə Rusiya yetkililəri ilə təmaslara girərək təfərrüatları öyrənməyə çalışmışdı.ÿLakin istər rus rəsmilərin, istərsə də prezident Vladimir Putinin açıqlamalarından belə məlum olmuşdu ki, Rusiyanın Suriyada birbaşa hərbi iştirakından hələ ki söhbət getmir. Rusiya sadəcə olaraq həmişəki kimi Suriyaya hərbi texnika və təlimçilərlə bağlı dəstək verir.
Rusiyanın xəbəri inkar etməsinin ardından ÿSuriyada rus əsgərlərinin olduğunu təsdiq edən fotolar ələ keçib və mediada yayılıb.ÿ
Fotoları yayanlardan biri də Britaniyanın “Daily Mail” qəzetidir. Qəzet bildirir ki, bu şəkillər rus əsgərlərin sosial şəbəkələrdəki hesablarından toplanıb.
Qəzetə açıqlama verən rus müxalifyönlü blogger də Putinin və rus yetkililərin məlum açıqlamalarını yalanlayıb. Blogger bildirib ki, rus əsgərləri Əsəd rejimini müdafiə etmək üçün Suriyaya getməyə davam edirlər və bu proses aprel ayından daha da sürətlənib.ÿ
Britaniyanın “Daily Mail” qəzetinin Suriyada olanÿrus əgərlərin fotolarını yayması çox keçmədən Rusiya hökumətini məsələyə aydınlıq gətirmək və rəsmi açıqlama verməkÿ məcburiyyətində qoydu.
Rusiya Xarici Işlər Nazirliyinin yetkilisi Mariya Zaxarova Suriyada ölkəsinə məxsus hərbi texnikanın və mütəxəssislərin olduğunu heç vaxt gizlətmədiklərini bildirib: “Moskva Dəməşqlə hərbi-texniki sahədə əməkdaşlığını sirr kimi saxlamayıb. Hərbiçilərimiz suriyalı həmkarlarına Rusiyanın hərbi texnikasını mənimsəməyə yardım edirlər. Biz bu anti-Rusiya təşvişini başa düşə bilmirik. Suriyadan kimyəvi silahın çıxarılması məsələsində Rusiya Dəməşqlə əməkdaşlıq edir. IŞID-ə qarşı mübarizədə niyə etməsin?”.