Dünən axşam saatlarında Türkiyənin “Hürriyyət” qəzetinin binasına həftə ərzində təşkil edilən sayca ikinci basqınla əlaqədar 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Lakin İstanbul Təhlükəsizlik Müdirliyi daş və ağaclarla qəzetin redaksiyasına basqın etdiyi ehtimal olunan 9 şübhəlinin ifadəsini aldıqdan sonra prokrorun təlimatıyla onlardan 6-sı sərbəst buraxıb.
Qəzetin binasına həftə ərzində 2-ci belə basqın Türkiyə ictimaiyyətinin və beynəlxalq aləmin etirazlarına səbəb olub.
“Hürriyyət edilən hücumlardan narahatlıq duyuram”
Avropa Birliyi Şurasının prezidenti Donald Tusk belə deyib.
Tusk, prezident Ərdoğanla təşkil etdiyi ortaq mətbuat konfransında, “Hürriyyət” qəzetinə edilən hücumlardan narahatlıq duyduğunu açıqlayıb:
“Mənim ziyarətim çətin bir dövrdə təsadüf edir. Bildiyiniz kimi, ortaq təcrübəyə, güvənə, dostluğa ehtiyacımız var. Bu çətin zamanlarda həmrəylik, sədaqət nədir göstərəcəyimizə inanıram. Son həftələrdə Türkiyə çox mərhəmətsiz hücumlara məruz qaldı. Məsuliyyəti kim daşıyırsa daşısın, şiddətlə qınanmalıdır. Biz AB olaraq terror mövzusunda Türkiyə ilə yaxından əməkdaşlıq etmək istəyir. Biz PKK-nın Avropadakı gücləriylə də mübarizəyə davam edəcəyik”-deyə Tusk bildirib.
İngiltərənin Türkiyədəki səfiri Richard Moore də 48 saat ərzində “Hürriyyət” qəzetinə edilən iki ardıcıl hücumu bisləyib. Səfir Twitter hesabından əvvəl ingilis, ardından türk dilində hadisəni belə dəyərləndirib:
“Hürriyyət”ə edilən hücumları şiddətlə qınayıram. Mətbuat azadlığı işləyən demokratiyaların əsas təməlidir”- deyə səfir bildirib.
ABŞ Dövlət Departamentinin rəsmisi John Kirby də “Hürriyyət”ə istiqamətli hücumlarla əlaqədar narahat olduqlarını açıqlayıb:
“Biz Türkiyəni media azadlıqlarına hörmət göstərməyə, Türk Konstitutsiyasına və onun verdiyi təminatları yerinə gətirməyə dəvət edirik”.
Avropa Birliyi Komissiyası da ötən gecə “Hürriyyət”ə qarşı təşkil edilən hücumla bağlı xəbərləri narahatlıqla izlədiyini bildirib. AB Komissiyasının Qonşuluq Siyasəti və Genişlənmə müzakirələrinə məsul komissarı Johannes Hahnın sözçüsü Maja Kocijancic:
“Komissiya dəfələrlə media azadlığının əhəmiyyətini vurğulayıb və jurnalistlərə istiqamətli hər cür hücumu tənqid edib”- deyə AB nümayəndəsi bildirib.