Aqil Səmədbəyli: «Əbülfəz bəyə «Istiqalal» ordeni verilməsi ilə bağlı təklif ailədə müzakirə olunmayıb»
Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibəti ilə hökumətyönlü “Islahat” deputat qrupu eks-prezident Əbülfəz Elçibəyin “Istiqlal” ordeni ilə təltif edilməsi təklifi ilə çıxış edib.
Əbülfəz Elçibəyin hələ eks-prezidentlik statusunun qeyri-müəyyən qaldığı bir məqamda əlbəttə, hakimiyyətin belə bir addım atması sual doğurur. Bəs görəsən Ə.Elçibəyin ailəsi necə, hazırkı hakimiyyətdən gələn hər hansı təltifi necə qarşılayacaq?
Ə.Elçibəyin ailə üzvü Aqil Səmədbəyli mətbuatda səslənən mövzunun hələ ailədə müzakirə olunmadığını söylədi. Ailədə müzakirə olunduqdan sonra Ə.Elçibəyə “Istiqlal” ordeninin verilməsi ilə bağlı təklifə münasibət sərgiləyə biləcəyini söyləyən A.Səmdbəyli vurğuladı ki, öncə Ə.Elçibəyin eks-prezidentlik statusu həllini tapmalıdır: “Əblüfəz Elçibəyə eks-prezidentlik statusunun verilməsi nə qədər tez həll olunsa, bir o qədər yaxşı olardı. Belə olan halda cəmiyyətdə milli uzlaşmaya gedən yolda daha bir addım atılmış olardı. Amma bu problemlər həll olunmadığı müddətdə cəbhələşmələr də olduğu kimi qalmaqda davam edir”.
Xəyal