Suriyanın vəzifədən çıxarılan və dünən öldüyü haqda məlumatların yayıldığı müdafiə naziri general Əli Həbib televiziyaya çıxaraq barəsində deyilənləri təkzib edib. Əli Həbib dövlət televiziyasına çıxmaqla ölmədiyini göstərməklə yanaşı, hələ də Suriya ordusunun əsgəri olduğunu və nazir vəzifəsindən səhhətindəki problemlərə görə istefa verdiyini deyib. Əli Həbib Həma şəhərinə ordu yeridilməsinə qarşı çıxdığı üçün vəzifəsini itirdiyi haqda iddiaları da təkzib edib və Bəşər Əsədə sədaqətli olduğunu vurğulayıb.