ANS-in vitse-prezidenti “İç xəbər”in aparıcısı ilə nikaha girib
ANS televiziyasının vitse-prezidenti, telejurnalist Mirşahin Ağayev üçüncü dəfə ailə həyatı qurub. “Qafqazinfo”nun məlumatına görə, telejurnalist işlədiyi şirkətin əməkdaşı, “İç xəbər” proqramının aparıcısı Səbinə Heydərova ilə münasibətlərini rəsmiləşdirib. Onların arasında sevgi münasibətləri iki il əvvəl başlayıb və avqustun 6-da hər iki jurnalist rəsmi nikaha daxil olublar. Nikah mərasimi Türkiyədə nüfuzlu otellərdən birində baş tutub. Mərasimdə olduqca az sayda şəxs, o cümlədən ANS rəhbərliyində təmsil olunan insanlar iştirak ediblər.