Xətai Rayon Polis Idarəsi cinayəti ört-basdır etməyə çalışır
Xətai rayon ərazisində oğurluq olub. Bir neçə gün əvvəl baş verən hadisəni icra başçılarından birinin qardaşı oğlu törədib. “Azadlıq”a daxil olan məlumatlarda həmin icra başçısının və onun qardaşı oğlunun adları da qeyd olunub. Sadəcə, bəzi dəqiqləşdirmələr apardığımızdan hələlik adları açıqlamırıq.
Məlumatlarda deyilir ki, icra başçısının qardaşı oğlu Xətai rayonu ərazisində avtomobillərdən birinin şüşəsini qıraraq oradan 25 min manat pul götürüb. Onun maşında pul olmasından əvvəlcədən xəbəri olub. Xətai polisi dərhal cinayətin üstünü açıb. Lakin bəlli olanda ki, cinayəti törədən şəxs icra başçılarından birinin qardaşı oğludur onu həbs etməyiblər. Hazırda bu cinayət işi ilə bağlı materiallar Xətai polisində “yatır”. Məlumat redaksiyamıza gecə saatlarında daxil olduğundan, DIN-in mövqeyini öyrənə bilmədik.
Mövzuya qayıdacağıq.