2015-ci ilin yanvar-iyul aylarında Rusiyanın icrac etdiyi neftin həcmi xeyli artıb. Lakin buna baxmayaraq neftdən gələn gəlir 42% azalaraq 56,23 milyard dollar təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə Rusiya 7,2% daha artıq (140,6 milyon ton) neft satıb. Neft məhsullarından əldə olunan gəlirlər də 37% azalaraq 44,4 milyard dollara düşüb.
2015-ci ilin yanvar-iyul aylarında Rusiya ümumilikdə 210,5 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30,6% azdır. İxracda neft və neft məhsullarının payı 68,5% təşkil edib.