Azərbaycan Hesablama Palatası 2016-cı ilin dövlət büdcəsinin proqnozlaşdırılmasında fəal iştirak edir. Fins.az-ın «Fineko»ya istinadən məlumatına görə, Palatanın sədri Vüqar Gülməmmədov bildirib ki, palata dövlət büdcəsinin parametrləri ilə bağlı təkliflərini verib.
«Biz həmçinin dövlət büdcəsinin son variantı üzrə rəyimizi də verəcəyik. Ümumilikdə biz dövlət vəsaitlərinin effektiv və qənaətli istifadəsini tövsiyə edirik. Biz dövlət borcunun idarə olunmasının optimallaşdırılmasını və Dövlət Neft Fondundan dövlət büdcəsinə transferlərin azalmasını da təklif edirik. Xatırladaq ki, ölkə qanunvericiliyinə görə, 2016-cı ilin dövlət büdcəsinin layihəsi sentyabrın 15-dək Nazirlər Kabinetinə təqdim edilməlidir.