ABŞ Mərkəzi Bankı (Fed) rəsmiləri 16-17 Sentyabr toplantısında çətin bir qərar vermək məcburiyyətindədirlər; Faiz dərəcələri artırılacaq, yoxsa bir az da gözləniləcək? Ancaq qərar nə olursa olsun, iqtisadçıların yarısı yanılmış olacaq.
24-31 Avqust tarixlərində Bloomberg News-un sorğusuna qatılan 54 iqtisadçının 48%-i faiz dərəcəsinin Sentyabr ayında artırılacağını gözləyir. 7-12 Avqust tarixləri arasında keçirilən sorğuda bu nisbət 77 faiz səviyyəsində idi. Ancaq son sorğudakı səviyyə yenə də ilk faiz artırımına Dekabr ayında başlanılacağı proqnozunda olanlardan (24%) iki dəfə çoxdur. İqtisadçıların 17%- isə faiz artırımının Oktyabr ayında olacağını bildirib.
Sentyabr ayını dəstəkləyənlər, ABŞ iqtisadiyyatının qlobal bazarlarındakı dalğalanmanın öhdəsindən gələcək gücə malik olduğunu düşünür. Dekabr ayını dəstəkləyənlər inflyasiya faizlərinin aşağı olması səbəbindən pul siyasətini sərtləşdirməyə tələsməyə ehtiyac olmadığını bildirir.