“Barri Kalebaut” şokolad fabrikləri şəbəkəsinin sahibi Eji Ostapçuk Moskvanın mərkəzində yerləşən mənzilində ölü tapılıb. Meyiti qan içində olan biznesmenin otağında 56 pivə butulkası və şüşə qırıqları tapılıb. Ekspertlər başından zədə alan Ostapçukun ölüm səbəbini araşdırırlar.
8 il əvvəl Rusiyaya köçərək “Barri Kalebaur Raşa” zavodunu idarə edən biznesmen yaxınlarda şokolad istehsalı ilə bağlı yeni müqavilə də imzalamışdı.
“Barri Kalebaut” şirkətinin mərkəzi ofisi İsveçrənin Sürix şəhərində yerləşir. 2013-2014-cü illər ərzində şokolad və kakao satışı ilə bağlı ticarət dövriyyəsi 6,5 milyard dolları keçib. Şokolad şirkətinin dünyanın 50-dən artıq nöqtəsində yerləşən zavodlarında 10 mindən artıq insan çalışır. (Modern.az)