Belarus prezidenti Aleksandr Lukaşenko 6 siyasi məhbusu əfv edib. Bunlar prezidentliyə keçmiş namizəd Nikolay Statkeviç də var.
Statkeviç 2010-cu ildə 6,5 il həbs cəzasına mıhkum edilmişdi.
Digər azadlıqa buraxılanlar Nikolay Dedok (Rusiya səfirliyinə hücuma görə 4,5 il cəza), İqor Olineviç (eyni ittihamla 8 il cəza), Yevgeni Vaskoviç (DTK-nin binasını yandırmaq ittihamı ilə 7 il cəza), Artyom Prokopenko (eyni ittihamla 7 il) və Yuri Rubtsovdur (hakimi təhqir etmək ittihamı ilə 1,5 il).
Amnesty International təşkilatı 6 nəfərin hamısı vicdan məhbusu kimi tanımışdı.
Fizzə