İtkilərin miqyası həyəcan təbili çalmağa əsas verir
“Azadlıq”ın ötən saylarından birində xəbər vermişdik ki, Azərbaycan Dövlət Neft Fondunun aktivləri bu ilin iyul ayı ərzində təxminən 185 mln. dollar dəyərdən düşüb. Hesabat ayında Neft Fondunun avroda olan aktivləri isə məzənnə dəyişikliyindən (dollar ekvivalentində) 68 mln. dollar azalıb.
Bundan başqa, analoji səbəbdən Avstraliya dollarına yatırılan investisiyalar 12 mln. dollar, Türkiyə ÿlirəsinəÿ- 1,5 mln. dollar, Rusiya rubluna – 54 mln. dollar, Koreya vonuna investisiyalar isəÿ17,5 mln. dollar dəyərindəÿ zərər gətirib.
Eyni zamanda, Neft Fondu dünya bazarında qızılın ucuzlaşması nəticəsində təxminən ÿ103 ÿmilyon dollar ÿitirib.
Qeyd edək ki, iyulun 1-nəÿ olan məlumata görə, Fondun ehtiyatları 35 726,2 mln. dollar ekvivalentində ÿolub.
Dövlət Neft Fondunun üzləşdiyi itkilər kifayət qədər böyük rəqəmlərlə ifadə olunub. Yaranmış tendensiya da ciddi narahatlıqlara əsas verir. Bu səbəbdən mövzu ətrafında müzakirələr genişlənir. Iqtisadçı ekspertlər Neft Fondu yaxın dövr üçün atılası addımları müəyyənləşdirərkən mütləq bir neçə məqamı nəzərə almalıdır. Həmin nüansların nədən ibarət olduğuna gəlincə, ekspertlər bildirir ki, Dövlət Neft Fondunun aktivlərinin idarə edilməsi üçün daim dünyada dəyişən konyunkturanı təhlil edib, əlverişli investisiya siyasəti formalaşdırmaq lazımdır.
Dünya təcrübəsinə əsaslanan qurumlar belə bir vəziyyətdə prosesin daha böyük itkilərə yol açmaması üçün bədbin və ya anti-böhran ssenariləri hazırlayırlar. Amma Azərbaycanda böhrandan danışmaq ənənəsi olmadığından bu mövzuda fikir səsləndirmək sanki qadağan olunub. Halbuki, belə anti-böhran ssenriləri daha çox preventiv tədbirləri özündə əks etdirən tədbirlər planıdır. Neft Fondunun belə bir planının olmadığını nəzərə alsaq, qarşıdakı dövrlərdə itkilərin daha da artacağını proqnozlaşdırmaq çətin deyil.
Emil