Bu il xaricdən Azərbaycana zinət əşyaları və qaş-daş idxalı kəskin azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin ilk yarısında belə məhsulların idxalında 2 qat azalma baş verib. Belə ki, ilk yarım ildə təbii və ya yetişdirilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metal çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar, bijuteriya və sikkələr mal qrupları üzrə ölkəyə cəmi 2,533 milyon dollarlıq mal gətirilib. Bu ötən ilin eyni dövrünə nisbətən 50,9% azdır. Ötən ilin eyni dövründə bu göstərici 4,98 milyon dollar olub