Hadisəni törədən şəxs axtarılır
Bu gecə Bakıda törədilmiş qətlin üstü açılıb. Yeni Günəşli qəsəbəsində "Çardaq" çay evində iki qardaşıbıçaqlayan şəxsin İsgəndərov Cavid Yaqub oğlu olması müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.
*****
Bu gecə Bakıda qətl törədilib. Suraxanı rayonunda yerləşən çay evlərindən birində 1983-cüil təvəllüdlü Əsgərli Sabit Şəfi oğlu və onun qardaşı Orxan bıçaqlanıb. Hər iki şəxs "Azərsutikinti" xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq S.Əsgərlinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb. Cinayəti törədən şəxs və yaşəxslərin yaxalanması istiqamətində iş aparılır. (Lent.az)