Suriya müxalifətinin liderləri Əsədi dəstəkləyən Moskvanın siyasətində dəyişiklik hiss etdiklərini deyirlər. Bu barədə Wall Street Journal nəşri yazır.
Qəzetin yazdığına görə, müxalifət liderləri iddia edir ki, Rusiya hakimiyyəti artıq ölkəyə nəzarəti itirən Əsədə alternativləri müzakirə edir.
Nəşr qeyd edir ki, neftn qiymətinin ucuzlaşması və Qərbin sanksiya tətbiq etməsi səbəbindən iqtisadiyyatı zəifləyən Rusiya Əsədə münasibətini dəyiməklə iqtisadi mənfəət güdür.
Əsədin əsas dəstəkçilərindən olan Rusiya son dörd ildə onun hakimiyyətdə qalmasının əsas yardımçısı olub.
Fizzə