Bakıda dənizdə boğulma hadisəsi baş verib. apa-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabunçu rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1999-ci il təvəllüdlü Abbasov Əmrah Qədir oğlunun suda batması haqqında məlumat daxil olub.
Ə.Abbasovun cəsədi batdığı yerdən 10 metr aralıda, “Nardaran-1” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 18:40-da başa çatıb.