Balakən sakini 80 metr hündürlükdə şəlalədən yıxılaraq dünyasını dəyişib. Hadisə Zaqatala dövlət Təbiəti Qoruğunun Balakən rayonunun Katex kəndi ərazisində yerləşən Katex şəlaləsində baş verib. Balakən rayonu, Qullar kənd sakini, 1989-cu il təvəllüdlü Ruslan Müsənnif oğlu Novruzov şəlalənin 80 metr hündürlüyündən ehtiyatsızlıqdan yıxılaraq ölüb. Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır. (Region TV)