Əli Kərimin oğlu Orxan Kərimov ağır xəstəlikdən sonra dünyasını dəyişib. Onun ölümüylə bağlı xəbəri Facebook sosial şəbəkəsində dostu, tanınmış iqtisadçı Azər Mehtiyev paylaşıb.
Təhsil Nazirliyinin maliyyə şöbəsinin keçmiş müdir müavini Orxan Kərimov qulluq mövqeyindən sui-istifadədə və rüşvət almaqda ittiham edilərək 2011-ci il iyunun 6-da həbs olunmuşdu. Bu qanunsuz həbs 2012-ci ilin 21 iyununa qədər davam etmişdi. Ürəyində ciddi poblemlər olan Orxanın səhhətinin türmədə daha da pisləşməsi, üstəlik, ittihamların təsdiqini tapmaması onun həbsdən buraxılmasıyla nəticələnmişdi. Həbsdən çıxandan dərhal sonra, iyunun 27-də o, əməliyyat olunmuşdu və 3-cü dəfə ürəyinə stend qoyulmuşdu.
Orxan Kərimovla vida mərasimi Murtuza Muxtarov – 45 üvanında olacaq. Mərhum sabah saat 14.00-da dəfn ediləcək.