Bakıda ağır qəza baş verib. Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Qaradağ rayonu ərazisində “DAMAS” markalı yük avtomobili yoldan çıxaraq aşıb və yol kənarındakı işıq dirəyinə çırpılıb. Qəza nəticəsində avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.