Yarışda mübarizə aparan təmsilçilərimizdən ikisi də cavab oyununa çıxacaq. Bunlar Ağdamın “Qarabağ” və UEFA-nın əvvəlki “Olimpik-Şüvəlan” adı ilə tanıdığı AZAL-dır.
Bu 2 komandamız yarışa II təsnifat mərhələsindən başlayan “Xəzər Lənkəran”a qoşulmaq üçün artıq 1 dəfə qarşılaşdıqları rəqiblərini keçməlidir. Cütün taleyinə hələ Litvada aydınlıq gətirən “Qarabağ” “Banqa” ilə Bakıdakı qarşılaşmada azarkeşlərə qol şousu göstərməyə çalışacaq. Özündən güclü olmayan “Minsk”lə qollu heç-heçə edən AZAL-ın işi nisbətən çətindir. Təmsilçimiz bu səddi adlamaq üçün Minskdə qol vurmağa məhkumdur. Təmsilçimiz mərhələ adlamaq üçün ya qələbə qazanmalı, ya da 1-dən çox qol vurub heç-heçə etməlidir.
Qeyd edək ki, “Qarabağ” – “Banqa” cütünün qalibi II təsnifat mərhələsində Farer adalarının “Streymur”, “Minsk” – AZAL qarşıdurmasının üstün olanı isə Türkiyənin “Qaziantepspor” klubu ilə görüşəcək.