Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili 20 məmuru işdən çıxarıb. Hüquq-mühafizə orqanlarının, müdafiə qurumlarının, daxili audit şöbəsinin rəhbərləri ilə görüşən Saakaşvili bildirib ki, son bir il ərzində vilayətdə korrupsiya ilə mübarizə səmərə verməyib. Odessa regionunda rüşvət vermədən torpaq sahəsi və tikintiyə razılıq almaq mümkün deyil. Rüşvət bütün sahələri əhatə edib.
Saakaşvilinin sözlərinə görə, çoxsaylı qanunsuzluqlar və rüşvətxorluq hamıya məlumdur, region sakinləri də məmurların özbaşınalıqlarından şikayət etməkdən yorulub.
Saakaşvili iclasın gedişində 20 məmuru işdən çıxarıldığını da bəyan edib.
azadlıq.info