“Mitsubishi” markalı avtomobil yolun kənarında olan qayaya çırpılıb.
Gəncə-Daşkəsən yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
ANS TV-nin məlumatına görə, hadisə Daşkəsən rayonunun Bayan kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 48 yaşlı Səfiyar Hənifəyev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərib. Nəticədə avtomobil yolun kənarında olan qayaya çırpılıb.
Qəza zamanı sürücü və avtomobildə olan sərnişinlər sürücünün həyat yoldaşı, 48 yaşlı Səadət Hənifəyeva və onların övladları, 9 yaşlı Babək və 5 yaşlı Nübar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.
Həkimlər onların vəziyyətini orta-ağır qiymətləndirib.
Hazırda Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları qəzanını baş vermə səbələrini araşdırır.