"Dostlarımız öz fikirlərini ifadə etdikləri üçün həbsdədirlər"; İctimai fəallarımızın şəkilləri izdihamlı konsert salonunda
İrlandiyanın dünyaca məşhur rok qrupu U2 Monrealdakı (Kanada) konsertində Azərbaycanın həbs edilmiş ictimai fəallarından 6-nin şəkilini səhnədə qaldırıb. Şəkillər vicdan məhbusları İntiqam Əliyevin, Rəsul Cəfərovun, Leyla Yunusun, Anar Məmmədlinin, Xədicə İsmayılın və təqib olunduğu üçün İsveçrə səfirliyinə sığınan, ötən gün isə İsveçrəyə yola salınan Emin Hüseynovun olub.
Konsert iyunun 12-i və 13-də keçirilib.
Qrupun solisti, tanınmış vokalçı Bono şəkillər salonda nümayiş etdiriləndə onların barəsində bir neçə kəlmə də deyib: “Bizim bu dostlarımız öz fikirlərini ifadə etdiklərinə görə bu gün dəmir barmaqlıqlar arxasındadır”.
BONONUN ÇIXIŞI ONU GÖSTƏRİR Kİ…
Bu hadisə barədə "Azadlıq" radiosuna danışan «İnsan hüquqları naminə İdman» kampaniyasının koordinatoru Rebecca Vincent Azərbaycanda baş verənlərə səssiz qalmayacaqlarını deyib: «Biz Bononun həbsdəki azərbaycanlı həmkarlarımızın, o cümlədən “İnsan hüquqları naminə İdman”ın təsisçisi Rəsul Cəfərovun adından çıxış etməsindən valeh olmuşuq. Bononun bu çıxışı onu göstərir ki, Azərbaycan rejiminin Avropa Oyunlarına ev sahibliyi etməklə öz imicini yaxşılaşdırmaq səyləri puça çıxıb. Dünya bu ölkədə əslində nələrin baş verdiyini yaxşı bilir və buna səssiz qalmayacaq».
Vincent onu da deyib ki, Lady Gaganın sürpriz şəkildə Azərbaycanda insan hüquqlarının ən pis şəkildə pozulduğu bir vaxtda Avropa Oyunlarının açılış mərasimində çıxış etməsi isə çox məyusedici olub: «İnsan hüquqlarının pozulmasına göz yummaqla Lady Gaga təkcə öz dəyərlərindən vaz keçməyib. Həm də müdafiə etdiyini söylədiyi hüquqları həyata keçirdiklərinə görə həbsaxana əzab çəkən azərbaycanlı fəallara xəyanət edib».
Avropa Oyunlarına gələn isveçli nazirin təyyarəsində Azərbaycanı tərk edən Emin Hüseynovla bağlı isə Rebecca Vincent bunları deyib: «Biz indi rahatıq ki, Emin artıq təhlükəsiz yerdədir. Amma onun azadlıqdan insafsızcasına məhrum edildiyi 10 ayının əvəzini heç nə verə bilməyəcək».
Vincent Azərbaycan hökuməyini digər siyasi və vicdan məhbuslarını azad etməyə çağırıb.
Full official video of U2 frontman Bono's appeal on behalf of Azerbaijani political prisoners on stage in Montreal on 13 June."And a message to President Aliyev…and that message is this, sir: if anything happens to one of our friends, we will hold you responsible!""Burdan İlham Əliyevə sözümüz var: Və mesajımız budur cənab, əgər bizim bu dostlarımızdan birinin başına nəsə gəlsə, siz buna görə cavab verəcəksiniz!"*Please credit Sport for Rights when sharing
Posted by Sport for Rights on Monday, 15 June 2015