Türkiyədə parlament seçkilərinə bir neçə qalmış AKP-də şok istefa qərarı verilib. MHP-nin mərhum lideri Alparslan Türkeşin oğlu Ahmet Kutlamış hakim partiyadan istefa verib. Kutlamış AKP-nin İstanbuldan seçilən deputatlarındandır. О, qəfil istefasını belə əsaslandırıb: «Seçki bəyannaməsində Türkiyə Cümhuriyyəti Dövlətinin Konstitusiyasından «Türk» sözünün çıxarılacağı, baş nazirlik sistemi adı altında 92 illik dövlətimizin bölünərək federasiyaya çevriləcəyi ilə bağlı tələnin fərqinə vardım». Kutlamışın istefası ilə AKP-nin parlamentdəki deputat sayı 311-ə düşdü.
Gültəkin