Ukraynanın şərqindəki rusiyapərəst separatçıların lideri Ukrayna hökumətinin nəzarətində olan şəhərlərin ələ keçiriləcəyini bildirib.
Aleksandr Zakharchenko mayın 29-da Donetskdə bildirib ki, onlar Slavyansk,Konstantinovka və Krasnoarmeysk şəhərlərinə nəzarətin bərpa ediləcəyini bildirib.
Bu şəhərlər ötən il qısa müddət separatçıların əlində olub.
O qeyd edib ki, bu şəhərləri siyasi yolla geri almaq mümkün olmadığından,bu ərazilərin azad edilməsi barədə qərar qəbul ediləcək.
Ötən ilin aprelindən bu yana Ukraynanın şərqində gedən döyüşlərdə 6 mindən çox adam ölüb.