Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, istiqlalçı-deputat İbrahim İbrahimli Facebook səhifəsində 30 may mitinqi ilə bağlı çağırış edib:
Əziz həmvətənlər, bacılar və qardaşlar!
Ya xilas, ya iflas, başqa yol yoxdur! Biz ya, ya seçimi qarşısındayıq. Nə qədər çətin olsa da bu seçimi etməliyik!
– Əgər ölkədəki vəziyyət sizi qane etmirsə, monopliya və korrupsiya üzündən qiymət artımı sizi narahat edirsə, o zaman, bu rejimdən xilas olmaq üçün, lütfən, 30 mayda mitinqə gəlin və etiraz edin!
-Əgər neftin qiymətinin düşməsi, manatın getdikcə dəyərsizləşməsi, ailə büdcənizə dəyən ziyanın nəticəsində
alıcılıq imkanlarınızın minimum həddə enməsi, sizi gün çörəyinə möhtac edibsə , o zaman bu rejimdən xilas olmaq üçün, lütfən, 30 may mitinqinə gəlin və etiraz edin!
-Əgər büdcədən 1 milyard oğurlamaq" bahasına başa gələn penoplastların binalara döşənməsi nəticəsində yanıb həlak olan dördü körpə uşaq olmaqla 16 soydaşımızınn qanının batırılmasını istəmirsinizsə, o zaman, lütfən, 30 may mitinqinə gəlin və etiraz edin!
-Əgər banklara dollarla kredit borcunuzu yeni məzzənə ilə ödəmək və hakimiyyətin "kretit grovuna" cevrilmək istəmirsinizsə, o zaman, lütfən, xilas olmaq üçün 30 may mitinqinə gəlin və etiraz edin!
-Əgər hərbi xidmətdə əsgərlərimizin amansızlıqla qətlə yetrilib,qanının batrılmasını istəmirsinizsə, o zaman “ƏSGƏR ölümlərinə son" demək üçün, lütfən, 30 may mitinqinə gəlin və etiraz edin!
-Əgər ləyaqətli bir cəmiyyət qurub, ləyaqətli övladlar yetişdirmək istəyirsinizsə, o zaman, arzuladığımız o ləyaqətli çəmiyyət uğrunda mübarizə aparıb zindanlara düşən siyasi məhbusları azad etmək üçün, lütfən 30 may mitinqinə gəlin və etiraz edin!
Ey oğlunu evləndirib borcundan çıxa bilməyən zavallı atalar..! Ey qızına cehiz alıb yola sala bilməyən, zavallı analar..! -Əgər valideyinlik borcunuzu qaytarmaq istəyirsinizsə, oğul-qızınızın normal ailə qurub yurd-yuva sahibi olmasını arzulayırsınızsa, o zaman, lütfən, 30 may mitinqinə gəlin və etiraz edin!
Ey hipokrat andı içib andına sadiq qala bilməyən, zavallı həkimlər! Öz peşəsi və əməyinin müqabilində normal yaşamaq imkanına malik olan sizlər, nə yazıqlar olsun ki, gözünüzü xəstənin cibinə tikmək qədər acınacaqlı bir duruma salınmısınız. Çox təəssuf ki, əsrlərin sınağından çıxmış o müqqədəs peşə bu, yarıtmaz hakimiyyətin siyasəti nəticəsində indi üzqarasına çevrilibdir. -Əgər o, müqqədəsadı adı qaytarıb andınıza sadiq qalmaq istəyirsinizsə, o zaman sizi zavallı duruma salan bu rejimdən xilas olmaq üşün, lütfən, 30 may mitinqinə gəlin və etiraz edin!
Ey müqqədəs və şərəfli adını qoruya bilməyən, zavallı müəllimlər! Bu 20 ildə ən böyük zərbə sizə dəydi. Sizi bu hakimiyyət yaşam seçimi qarşısında qoyub, zörən ictimai qınağın hədəfinə çevirdi. Müqqədəs adınıza min-bir ləkə yaxıldı: süpürgə pulu almaqdan tutmuş rüşvətlə qiymət yazmağa,hətta seçkiləri saxtalaşdırmağa qədər, hər şeydə suçladılar,sizi… Sizi öz seçki cinayətlərinə şərik etməklə cəmiyyətin hədəfində gözükölgəli zümrəyə cevirdilər.
-Əgər tarixin sınağından çıxıb özünü doğruldan o,müqqədəs ada sahib çıxıb əsl müəllim obrazına yenidən yaratmaq istəyirsinizsə, o zaman, düşdüyünüz bu zavallı durumdan xilas olmaq üçün, lütfən, 30 may mitinqinə gəlin və etiraz edin!
Ey gələcəyin potensial "kredit məhbusları"! Əgər tələb və təklif əsasında formalaşan sərbəst bazar, azad rəqabət mühiti olsaydı, o zaman, siz azad sahibkar kimi fəaliyyət göstərib, cəmiyyətin orta təbəqə adına sahib şıxıb ölkənin iqtisadi elitasında öz layiqli yerinizi tutacaqdınız. Daha potensial "kredit məhbusu" kimi oturub növbənizi gözləməyəcəkdiniz.Nə yazıqlar ki, böhran dərinləşdikcə ölkədəki mövcud hüquqsuzluqdan getdikcə hamıya- yoxsula da varlıya da eyni pay düşür. Sadəcə bunun bir zamana ehtiyacı var, daha doğrusu, bir az, tezi-geci var, mütləq günlərin bir günü növbə gəlib sizə də çatacaq. Çünki hakimiyyət sizi öz cinayətlərinin ortağına çevirib. Cinayət aləmi qanunlarla deyil qaydalarla idarə olunur. Hakimiyyət sizləri bu qaydalardan doğan "kredit girovuna" çeviribdir, ona görə də bu prosesdə ən çox ziyan çəkən sizlərsiniz. Əlbəttə bu ölkədə,hüquqi sistem yoxsa, deməli, kimsə bundan sığortalana bilməz, hamımız potensial zərərçəkənik. Amma, əsasən ziyan orta təbəqəyə- orta sahibkara dəyir. Ona görə də ölkədə siyasi və iqtisadi islahatlarda ən çox sizlər- sahibkarlar təbəqəsi maraqlı olmalıdır. Yaxanızı qırağa çəkib durmaqla xilas ola bilməyəcəksiniz, çünki gedikcə çevrə daralır, artıq növbə sizə çatır, sadəcə sayılı günlər qalır…
-Əgər səni seçim qarşısında qoyub, zörən öz çinayətinə şərik edən bu rejimdən xilas olmaq istəyirsənsə, o zaman 30 may mitinqinə gəlin və etiraz edin!