Fransanın ana müxalifət partiyası olan Xalq Hərəkatı Birliyinin əsas simalarından biri, keçmiş daxili işlər naziri Klaude Gueanat korrupsiyada ittiham olunur. Keçmiş prezident Nikola Sarkozinin «sağ əli» sayılan Gueanatla bağlı məhkəmə iddiası qaldırılıb. Gueanat dövlət fondlarını zərərə uğratmaqda ittiham edilir. Onun bundan əvvəl də Sarkozinin prezident seçilməsi üçün saxtakarlığa yol verdiyi və bu ittiham üzrə saxlanıldığı bildirilirdi. Prezidentlikdən gedəndən sonra Sarkozinin də barəsində korrupsiya ittihamları səsləndirilib. Bu, 2017-ci ildə Fransada keçiriləcək prezident seçkilərini udmaq üçün Sarkozinin önünü kəsən ən böyük maneə kimi qiymətləndirilir.
Gültəkin