Sudan prezidenti Ömər əl Bəşir bir gündə ölkəsindəki 10 qəzetin qapadılmasına göstəriş verib. Qapadılan mətbuat orqanlarının rəhbərləri bildiriblər ki, bu xəbəri onlara qəzetləri çapa gedərkən veriblər. Qəzet redaksiyalarına dövlət başçısının bu barədə təlimat verdiyi bildirilsə də, səbəb açıqlanmayıb.
KİV rəhbərləri ehtimal edirlər ki, qapadılma qərarına bugünlərdə Ömər əl Bəşirin yaxın adamına məxsus orta məktəbdə şagirdlərin cinsi istismara məruz qalması barədə xəbər səbəb olub. Çünki qapadılanlar məhz bu xəbəri tirajlayan qəzetlərdir.
Gültəkin