«Rusiya Ukraynanı ələ keçirsə, Polşanı xilas etmək mümkün olmayacaq»
Polşa prezidenti Bronislav Komorovski həyəcan təbili çalaraq Avropanı Ukraynaya yaxından dəstək verməyə çağırıb. Komorovski hesab edir ki, Rusiya Ukraynanı ələ keçirsə, Polşanı xilas etmək mümkün olmayacaq. Onun sözlərinə görə, Rusiyanın işğal niyyətinə qarşı hazırlıqlı olmaq bütün Qərbin marağında olmalıdır: «Avropa Ukraynaya kömək etməli, bu ölkənin torpaqlarını işğaldan qorumalıdır. Bu, bütün Qərb dünyasının marağında olan məsələdir. Ukrayna Rusiya olmamalıdır. Əks halda hər şey üçün, eləcə də bizim azadlığımız üçün çox gec olacaq. Hələlik təşviş yaradacaq səbəb yoxdur. Amma Polşa ordusunu səfərbər etməyə, milli müdafiə sistemini inkişaf etdirməyə ehtiyac var».
Gültəkin