Aksiya Vurğun Əyyubun və digərlərinin Müsavat Partiyasından çıxarılmasına etiraz olaraq keçirilib.
Aksiyada partiyanın Suraxanı və Nizami rayon təşkilatlarının üzvləri və sabiq müsavatçılar iştirak edib.
Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli və partiyanın sabiq üzvü Əlövsət Sadıqlı çıxışlarında Müsavat Partiyasının hazırkı rəhbərliyinin yürütdüyü siyasətdən narazılıqlarını ifadə ediblər.
Narazı müsavatçılar qurultayın yenidən keçirilməsini tələb ediblər. Onlar 3 gün ərzində partiyanın bu tələblərə cavab verəcəklərini gözlədiklərini dedilər.