«Ukrayna mayın 3-də Dağlıq Qarabağda keçirilən «parlament seçkiləri»ni tanımır və qeyri-legitim hesab edir». Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda bildirilir ki, Azərbaycanın işğal altında olan ərazilərində keçirilən bu seçkilərin hüquqi nəticəsi ola bilməz və Ukrayna Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində sülh yolu ilə həllinin tərəfdarıdır.